spot_img
18 апреля, 2024
ДомойТехнологииПланшетыSamsung Galaxy Tab A8 2021-in qiyməti və bütün texniki xüsusiyyətləri açıqlanıb

Samsung Galaxy Tab A8 2021-in qiyməti və bütün texniki xüsusiyyətləri açıqlanıb

Samsung Galaxy Tab A8 2021 buraxılışı şirkət tərəfindən hələ təsdiqlənməsə də, insayderlər yeni planşet haqqında bütün məlumatları açıqlayıblar. Texniki xüsusiyyətləri ilə yanaşı, cihazın qiyməti də məlum olub.

Məlumatlara görə, Samsung Galaxy Tab A8 2021, 2000×1200 piksel təsvir ölçüsünə və 60 Hz yeniləmə tezliyinə malik 10,5 düymlük IPS-displey alacaq. Cihaz 4 GB RAM və seçim üçün üç yaddaş variantı ilə təchiz ediləcək — 32, 64 və 128 GB.

Həmçinin bildirilir ki, konfiqurasiyadan asılı olaraq yeni məhsul Wi-Fi və LTE versiyalarında təqdim olunacaq. Galaxy Tab A8 2021 dörd dinamik və 15 vatt şarj dəstəkləyən 7040 mAh batareya ilə təchiz ediləcək. Gadget 5 meqapiksellik ön və 8 meqapiksellik arxa kameralar alacaq. Cihazın çəkisi 476 q, qalınlığı 6,9 mm olacaq.

Şayiələrə görə, Samsung Galaxy Tab A8 2021-in qiyməti 240 avro ilə 360 avro arasında dəyişəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -