spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy A73 smartfonunun dizaynı, xüsusiyyətləri və qiyməti açıqlanıb

Samsung Galaxy A73 smartfonunun dizaynı, xüsusiyyətləri və qiyməti açıqlanıb

OnLeaks hələ elan edilməmiş Samsung Galaxy A73 smartfonunun ilk şəkillərini dərc edib. O, həmçinin cihazın təxmini texniki xüsusiyyətlərini, təqdimat tarixini və hətta təxmini qiymətini də paylaşıb.

Samsung Galaxy A73 zahirən bu il təqdim olunan Galaxy A72-dən az fərqlənir: o, Infinity-O ilə eyni ekrana və dörd sensorlu kamera blokuna malikdir. İnsayderin sözlərinə görə, yeni cihazların ölçüləri 163,8 x 76,0 x 7,6 mm olacaq — o, sələfindən (165 x 77,4 x 8,4 mm) bir qədər yığcam olacaq. Barmaq izi skaneri isə ekrana quraşdırılacaq.

Güman edilir ki, smartfon 6,7 düymlük Full HD+ OLED displey, Snapdragon 750G prosessoru və 108 meqapiksellik əsas kamera alacaq. 5000 mAh batareya 33 Vt sürətli şarjı dəstəkləyəcək. OnLeaks-in məlumatına görə, Galaxy A73-ün təqdimatı bu ay baş tutacaq və smartfonun qiyməti təxminən 440 dollar olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -