spot_img
26 апреля, 2024
ДомойSoftwareМобильные приложенияRusiya TikTok-un analoqunu təqdim edib

Rusiya TikTok-un analoqunu təqdim edib

Rusiyada TikTok-a bənzər yeni əyləncə proqramı olan Yappy istifadəyə verilib.

Məlumatlara əsasən, Yappy istifadəçilərə qısa şaquli videolar yaratmağa və paylaşmağa imkan verəcək.

“İT yeniliyi sosial şəbəkə bazarının ən son tendensiyalarına cavab verəcək və qısa şaquli videoların dəstəyi ilə UGC video formatında istifadəyə buraxılacaq”, — deyə şirkət bildirib.

Tətbiqin yaradıcısı onu da bildirib ki, Yappy-nin təqdimatında tanınmış blogerlər Klava Koka, Yeqor Şip, Karina Kross, Miya Boyka və başqaları iştirak ediblər.

Qeyd edək ki, Qazprom-Media holdinqi hələ sentyabrda Yappy adlı şaquli video məzmun platformasını təqdim edib. Platforma 60 saniyəyə qədər qısa şaquli videoların yaradılması, paylaşılması və onlara baxmaq üçün mobil proqramdır. TikTok sosial şəbəkəsi də eyni formatda işləyir.

Yappy diqqətini məzmun yaradıcılarına yönəldib. Onlar üçün test versiyasında video ilə işləmək üçün funksionallıq mövcud idi: video redaktoru, montaj zamanı müxtəlif effektlər əlavə etmək imkanı.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -