spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныiOS 16-nı əldə etməyəcək iPhone modellərinin adları açıqlandı

iOS 16-nı əldə etməyəcək iPhone modellərinin adları açıqlandı

2022-ci ilin ortasında Apple şirkəti iPhone və iPad modellərinin əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən iOS və iPadOS-in yeni versiyalarını Apple şirkətinin bəzi köhnə cihazları əldə etməyəcəklər. Beləliklə insayderlərin verdikləri məlumata əsasən iPhone 6s, iPhone 6s Plus və 2016-cı ildə satışa çıxmış birinci nəsil iPhone SE modelləri iOS 16-nı əldə etməyəcəklər. Bundan əlavə olaraq iPad mini 4, iPad Air 2, iPad 5, iPad Pro 2015 planşet modelləri iPadOS 16-nı əldə etməyəcəklər.

Beləliklə, Apple şirkətinin 7 cihazı üçün əməliyyat sistemlərinin yeni versiyaları istifadəyə verilməyəcək. Qeyd etmək lazımdır ki, təqdim edilmiş siyahı insayderlər tərəfindən tərtib olunub və o, şirkət tərəfindən hələ təsdiqlənməyib. Buna baxmayaraq siyahı həqiqətə uyğun görünə bilər. Belə ki, Apple şirkəti adətən öz cihazlarındakı sistem yenilənmələrini 5 il ərzində dəstəkləyir. Həmçinin iPhone 6s seriyası öz yaşına baxmayaraq bu il əməliyyat sistemi üzrə bonus yenilənmə də əldə edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -