spot_img
28 марта, 2024
ДомойSoftwareОперационные системыGoogle nəhayət Android 12 Go Edition əməliyyat sistemini təqdim etdi

Google nəhayət Android 12 Go Edition əməliyyat sistemini təqdim etdi

Google-un rəsmi bloqunda ilkin səviyyəli smartfonlar üçün optimallaşdırılmış əməliyyat sisteminin əsas xüsusiyyətlərinin ətraflı təsviri yer alıb. Şirkət OS istifadəçilərini gözləyən əsas yeniliklər barədə məlumat verib və bazara çıxma tarixini adlandırdı.

Əməliyyat sisteminin sözügedən versiyasında veb səhifələrdəki kontentlərlə qarşılıqlı əlaqə prosesi daha da sadələşdirilib. Əməliyyat sistemində olan Nearby Share funksiyası vasitəsilə kontentlərin tətbiqlərdə paylaşılması imkanı da həmçinin yaxşılaşdırılıb.

Google tərtibatçıları Go Edition-da istifadəçilərin konfidensiallıqlarına da diqqət yetiriblər. Belə ki, əməliyyat sistemi kənar tətbiqlərin smartfon ekosistemində əldə etdikləri məlumatların səviyyələrini idarə etməyə imkan verən geniş ayarları təqdim edir. Android 12 Go Edition versiyasının ayarlarında xüsusi statistika bölməsi mövcuddur.

Həmin statistikada müxtəlif tətbiqlərin bu və ya digər smartfon funksiyası üzərində idarəetməni əldə etmələri barəsində məlumatlar əks olunur. İstifadəçi həmçinin bu və ya digər tətbiqin smartfon kamerasından və ya mikrofonundan istifadə edib-etmədiyini də biləcək. Belə ki, bu barədə məlumat kiçik indikator şəklində smartfon ekranının yuxarı sağ hissəsində əks olunacaq. Google bildirib ki, Android 12 Go Edition əməliyyat sisteminə sahib ilk smartfonlar 2022-ci ildə satışa çıxacaqlar.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -