spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныGalaxy S22-nin real fotoları peyda olub

Galaxy S22-nin real fotoları peyda olub

   İnsayder Ice Universe Weibo sosial şəbəkəsində Galaxy S22 smartfonunun real fotosunu paylaşıb. Fotonun təsvirində insayder qeyd edib ki, bu, Galaxy S22 seriyasının standart versiyalı modelidir. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, arxa panel cəhətdən Galaxy S22 modeli bu ilki Galaxy S21-i xatırladacaq. Smartfon həmçinin üçlü arxa kamera sistemini əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S21 modelinin arxa kameraları bir qədər gövdə daxilinə inteqrasiya ediliblər.

   Lakin Galaxy S22 modelində arxa kamera obyektivləri gövdə üzərində bir qədər daha hündür şəkildə quraşdırılıblar. Məlumata əsasən Galaxy S22 modeli Galaxy S21-ə oxşadığı kimi Galaxy S22+ modeli də Galaxy 21+ modelinə bənzəyəcək.

   Əvvəlki məlumatlarda qeyd edilmişdi ki, Galaxy S22 seriyasına daxil olacaq smartfonlar daha kompakt ölçüdə olacaqlar və onların kameraları daha təkmilləşdirilmiş olacaq.

   Galaxy S22 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -