spot_img
28 марта, 2024
ДомойТехнологииСмартфоныOPPO-nun ilk qatlana bilən smartfonunun təqdimat tarixi məlum oldu

OPPO-nun ilk qatlana bilən smartfonunun təqdimat tarixi məlum oldu

OPPO ilk qatlanan smartfonu üzərində işləri başa çatdırıb və onu bazara çıxarmağa hazırdır. Weibo-da dərc edilən yeni insayder hesabatına görə, şirkət artıq bir neçə həftədən sonra qatlana bilən cihazını təqdim edəcək.

Məlumata görə, Peacock kod adı altında olan gadget 120 Hz maksimum yeniləmə tezliyi ilə 8 düymlük OLED ekrana sahib olacaq. Smartfon 65 Vt sürətli şarj dəstəkləyən 4500 mAh batareya, 50 meqapiksellik Sony IMX766 əsas kamera və 32 meqapiksellik ön kamera ilə təchiz olunub. Gələcək yeniliyin «ürəyi» Snapdragon 888 mobil platforması olacaq.

Qatlana bilən qurğunun təqdimatının 2021-ci ilin dekabrında baş tutacağı gözlənilir. Bundan əlavə, şirkətin eyni ayda OPPO Reno7-ni təqdim edəcəyi və gələn ilin əvvəlində şərti olaraq Butterfly adlı yeni flaqman Find X4-ü nümayiş etdirəcəyi gözlənilir. Və şayiələrə görə, smartfon ən son Qualcomm Snapdragon 898 prosessoru ilə təchiz ediləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -