ГлавнаяТехнологииПланшетыPrestigio Q MINI və Muze 3231 4G ilə hər zaman ünsiyyət qurmağa hazır olun

Prestigio Q MINI və Muze 3231 4G ilə hər zaman ünsiyyət qurmağa hazır olun

Q MINI -7.0-düymluq 4G planşetidir. Qurğunun təsvir keyfiyyəti, içlik və dizaynının vəhdəti gündəlik tapşırıqların yerinə yetirilməsi üçün olduqca rahatdır.

Planşetin IPS ekranı təkmilləşdirilmiş rəng ötürücülüyü və geniş baxış bucağına malikdir. O, istənilən işıqlanma şəraitində rəngləri ötürməyə qadirdir. Hətta açıq havada, günəş şüaları altında rəngarəng şəkillər dəqiqliyi və parlaqlığı ilə göz oxşayacaq.

Dördnüvəli prosessor, 1GB operativ yaddaş, 2500 mAh-lıq litium-polimerli batareya və optimallaşdırılmış iş sürəti olan Android 10 (Go edition) əməliyyat sistemi sayəsində planşet gündəlik istifadə üçün mükəmməl qurğudur.

Teksturalı plastiki, yığcam ölçüsü və yüngül çəkisi olan qəceti rahatlıqla bir əldə saxlamaq mümkündür.

Yüksəksürətli 4G-internet və sabit Wi-Fi bağlantı sayəsində hər zaman ünsiyyət qurmağa hazır olun.

4G LTE dəstəkləyən Muze 3231 4G planşeti — iş, təhsil və əyləncə üçün etibarlı devaysdır. Planşetin 1280х800 icazəli IPS ekranı sayəsində istənilən şəkli detallı incələmək imkanı yaranır.

2GB-lıq operativ yaddaşdan əlavə, Muze 3231 4G qurğusunun 16 GB quraşdırılmış yaddaşı və onu 128 GB həcmə qədər genişləndirməyə imkan verən microSD kart slotu mövcuddur. Planşet 2.0 meqapikselli əsas və 0.3 meqapikselli ön kamera ilə təchiz edilib.

Prestigio Muze 3231 4G planşeti, rahat istifadəli yeniliklərin tətbiq olunduğu Android 10 (Go edition) əməliyyat sistemi üzərindən çalışır.

Пplanşetləri www.maxi.azwww.irshad.az dükanlarından əldə edə bilərsiniz.

Prestigio haqqında:

Prestigio beynəlxalq brendi artıq 20 ildir ki, ev, təhsil və biznes üçün geniş çeşiddə istehlak elektronikasını təqdim edir. Şirkətin məhsulları dünyanın 30 ölkəsində satılır. Fəaliyyəti dövründə şirkət 25 milyondan artıq qurğusunu satçağa müvəffəq olub.

Brendin çeşidlərində ağıllı texnika, avtomobillər üçün qəcetlər, biznes və təhsil üçün innovativ həllər yer alır. Şirkət dünyada ilk interaktiv touch-pad keyboard-unu (klaviaturası), səsli köməkçisi olan ağıllı səsgücləndiricilər, portativ akustik avadanlıq, simsiz gizli dolum (charge) stansiyalarını, qrafenli xarici akumulyatorları təqdim edib. Bu yalnız başlanğıcdır. Yeni məhsullar innovasiya, premium material və müasir texnologiyalara xüsusi diqqətin ayrıldığı ‘The art of hi-tech’ sloqanı ilə təqdim edilir.

Prestigio brendi EMEA — Avropa, Yaxın Şərq və Afrika ölkələri bazarlarının IT-industriya məhsullarının əsas distribyutoru olan ASBISc Enterprises Plc. şirkətinin bir hissəsidir. Şirkətin istehsalat, dizayn və texniki mərkəzləri Avropa, Çin və Belarus respublikasının ərazisində yerləşir. Prestigio nümayəndəlikləri MDB, Ukrayna, Avropa, Yaxın Şərq və Afrika da daxil olmaqla, 15 ölkədə fəaliyyət göstərir.

Sayt www.prestigio.com

Оставайтесь всегда на связи с Prestigio Q MINI и Muze 3231 4G
«Лаборатория Касперского»: Скажите «нет» установке неизвестных приложений