ГлавнаяSoftwareМобильные приложенияFacebook, Messenger, WhatsApp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər

Facebook, Messenger, WhatsApp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər

Bir neçə saat bundan öncə məşhur servislərin çalışmalarında ciddi problemlər yaşanmağa başladı. Whatsapp, Facebook, Messenger, TikTok, Netflix, Steam və Playstation kimi servislər ümumiyyətlə çalışmırlar. Mütəxəssislər baş vermiş nasazlığın səbəbini artıq aşkar ediblər. Məlum olub ki, Facebook və Instagram-ın yerləşdikləri server ünvanının necə tapılması prosesini sistemlərə başa salan DNS yazıları səhər saatlarında qlobal yönləndirmə lövhəsindən siliniblər.

Bu səbəbdən də istifadəçilər sosial şəbəkələrə daxil olmaq istədiklərində onlar DNS_PROBE_FINISHED_NXDOMAIN problemi ilə qarşılaşırlar. Buna baxmayaraq sosial şəbəkələrin ana səhifələri bəzi hallarda uğurla yüklənir. TikTok, Twitter, Amazon, Steam və Google kimi servislər də baş vermiş nasazlıqdan əziyyət çəkirlər. Milyonlarla istifadəçilərin bu servislərdən məhrum olduqları üçün Telegram serverləri yüksək yüklənmədən əziyyət çəkirlər. Facebook və Instagram təmsilçiləri bildiriblər ki, onlar bu problemdən xəbərdardırlar və onun tez zamanda həll olunması üçün əllərindən gələni edirlər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

В работе Instagram, Facebook и WhatsApp произошел масштабный сбой
Вышла Windows 11 - стабильная версия ОС уже доступна для загрузки