spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыApple Watch Series 7-nin bütün versiyalarının qiymətləri satışa başlamazdan əvvəl açıqlandı

Apple Watch Series 7-nin bütün versiyalarının qiymətləri satışa başlamazdan əvvəl açıqlandı

Şəbəkədə satışların başlanması ərəfəsində Apple Watch Series 7 ağıllı saatlarının bütün modellərinin qiyməti haqqında məlumatlar peyda oldu. Apple-ın təkcə dizaynı ilə deyil, korpus materialları ilə də fərqlənən cihazın 14 fərqli versiyasını bir anda təqdim edəcəyi gözlənilir.

İPhone 13 tədbiri zamanı Apple, Apple Watch Series 7 ağıllı saatının başlanğıc qiymətini də 399 dollar olduğunu açıqladı. İndi isə fərqli modifikasiyalarda olan yeni gadgetın qiyməti məlum oldu:

  • GPS ilə Apple Watch 41 mm alüminium korpusda — 399 dollar;
  • GPS ilə Apple Watch 45 mm alüminium korpusda — 429 dollar:
  • GPS/LTE ilə Apple Watch 41 mm alüminium korpusda — 499 dollar;
  • GPS/LTE ilə Apple Watch 45 mm alüminium korpusda — 529 dollar;
  • GPS/LTE ilə Apple Watch 41 mm polad korpusda — 699 dollar;
  • GPS/LTE ilə Apple Watch 45 mm polad korpusda — 749 dollar;
  • GPS/LTE ilə Apple Watch 41 mm titan korpusda — 799 dollar;
  • GPS/LTE ilə Apple Watch 45 mm titan korpusda — 849 dollar;
  • GPS ilə Apple Watch 41 mm Nike Edition — 399 dollar;
  • GPS ilə Apple Watch 45 mm Nike Edition — 429 dollar;
  • GPS/LTE ilə Apple Watch 41 mm Nike Edition — 499 dollar;
  • GPS/LTE ilə Apple Watch 45 mm Nike Edition — 529 dollar.

Yeni məhsul üçün əvvəlcədən sifariş oktyabrın 8-də açılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -