spot_img
19 марта, 2024
ДомойТехнологииГаджетыYeni Apple Watch Series 7 - böyük ekran, davamlı korpus və IP6X...

Yeni Apple Watch Series 7 — böyük ekran, davamlı korpus və IP6X tozdan qorunma

Yeni smartfon və planşetlərə əlavə olaraq Apple, Apple Watch Series 7-ni təqdim etdi. Gözlənilən düz dizayn əvəzinə, geyilə bilən cihaz daha da yuvarlaqlaşdırılmış kənarları, davamlı korpusu və tozdan qorunma funksiyasını aldı. Ekranın diaqonalı da artdı və düymələr daha böyük oldu.

Apple Watch Series 7 ekranı keçən ilki modellə müqayisədə 20%, Apple Watch Series 3 ilə müqayisədə isə 50% artdı. Gadget, USB Type-C kabeli sayəsində IP6X tozdan qorunma və 33% daha sürətli şarja malikdir.

Əvvəlki nəsil kimi, Apple Watch 7 də istifadəçinin sağlamlığı ilə bağlı bütün funksiyalara malikdir: EKQ-nin və yuxunun monitorinqi, qanın oksigenlə doyma səviyyəsi, əl yumağı aşkar etmək imkanı və bir sıra faydalı xatırlatmalar.

Apple Watch Series 7 alüminium versiyası üçün «qaranlıq gecə», «parlayan ulduz», yaşıl, mavi və Product (Red) rənglərdə olacaq. Yeniliyin paslanmayan poladdan hazırlanmış korpusunda isə gümüş, qızıl və qrafit rənglərində satışa çıxarılacaq. Titan modeli «təbii titan» və qara rəngdədir. Yeni geyilə bilən cihaz, bütün yeni bilərziklər kolleksiyasını aldı və hazırkı kəmər variantları ilə uyğundur.

Apple Watch Series 7-nin qiyməti 399 dollardan başlayır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -