spot_img
28 марта, 2024
ДомойSoftwareМобильные приложенияTikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

TikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

Məşhur TikTok servisi vacib nailiyyətin əldə olunduğunu elan edib. Belə ki, TikTok-un verdiyi məlumata əsasən onun platformasına hər ay 1 milyarddan çox aktiv istifadəçi daxil olur. TikTok-un geniş məşhurluğu hələ bir neçə müddət bundan öncə Facebook və Youtube platformalarının bənzər servisi işə salmağa məcbur etmişdi. Lakin onlardan heç biri TikTok kimi geniş məşhurluq qazana bilmədi. Qeyd etmək lazımdır ki, ilk əvvəl TikTok platforması istifadəçilərin öz qısa musiqili kliplərini yaratmağa imkan verən servis kimi işə düşmüşdü. İstifadəçilər servisin bazasında mövcud olan musiqilərdən istifadə edərək qısa videolar yarada bilirdilər.

Son bir neçə il ərzində isə TikTok öz funksionallığını genişləndirməyə başladı və istifadəçilərin üstün tutduqları kontentlər əsasında onları birləşdirən platformaya çevrildi. TikTok istifadəçilərin əsas diqqətlərini koronavirus pandemiyası çərçivəsində cəlb etmişdi. Belə ki, pandemiya zamanı istfadəçilər öz evlərindən çıxmadan müxtəlif əyləncə növlərinin axtarışında idilər. TikTok isə bu cür əyləncə növlərindən birinə çevrildi. Lakin keçən il TikTok servisi ABŞ-da bloklanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump Çindən olan bir sıra servislərin ABŞ ərazisində bloklanmasına qərar vermişdi. TikTok da həmin siyahıda idi. Lakin ABŞ-ın hal hazırki prezidenti Joe Biden sözügedən qərarı ləğv etdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -