spot_img
29 марта, 2024
ДомойТелекомСобытияApple şirkətinin AR cihazı haqqında yeni məlumatlar ortaya çıxdı

Apple şirkətinin AR cihazı haqqında yeni məlumatlar ortaya çıxdı

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni məlumata əsasən şirkətin gələn il hamını təəccübləndirəcək məhsulu var. Söhbət, AR (Artırılmış Reallıq) cihazından gedir. Digitimes saytı öz mənbələrinə istinadən xəbər verib, Apple öz ilk AR cihazının prototipinin ikinci test mrərhələsini yekunlaşdırıb. Nəticədə cihaz Engineering Verification Testing (EVT) adlı üçüncü test mərhələsinə keçid edib.

Gözləntilərə əsasən Apple şirkətinin AR cihazının irimiqyaslı istehsalına 2022-ci ilin ikinci rübündə start veriləcək. Cihazın satışa çıxması isə 2022-ci ilin ikinci yarısında gözlənilir. Qeyd etmək lazımdır ki, Apple CEO-su Tim Cook dəfələrlə bildirib ki, AR texnologiyası insanların həyat tərzlərini dəyişəcək. O həmçinin AR texnologiyasının yüksək inkişaf səviyyəsinə çatmağını istəyir. Lakin bəzi məlumatlara əsasən Tim Cook Apple mühəndisləri tərəfindən hazırlanan AR cihazın çalışma müddətindən, ağırlığından və istilik ifrazından narazıdır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -