spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыApple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar

Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar

Apple, iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlıqlarının təqdimatlarını da gözləyirdilər. Lakin şirkət təqdimat tədbiri çərçivəsində sözügedən qulaqlıqları təqdim etmədi. Lakin verilmiş yeni məlumata əsasən AirPods 3-ün dizaynı artıq təsdiqlənib və o, irimiqyaslı istehsal prosesinə keçid edib. Buna görə də narahat olmaq lazım deyil. Məlumatda qeyd edilib ki, yeni naqilsiz qulaqlıqlar bu ilin sonuna kimi təqdim olunacaqlar.

Təəssüflər olsun ki, verilmiş məlumatda AirPods 3-ün nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar yoxdur. Güman olunur ki, onun qiyməti AirPods 2-dən daha yüksək olacaq. Qeyd etmək lazımdır ki, AirPods 2 159 dollara satılır. Gözləntilərə əsasən AirPods 3 modeli AirPods Pro-nun dizaynını əldə edəcək. Lakin ətraf səs-küyün aktiv boğulması funksiyasını AirPods 3-də gözləmək lazım deyil. Sözügedən funksiya eksklüziv olaraq AirPods Pro və AirPods Max modellərində istifadə olunur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -