spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныGalaxy Z Fold3 və Galaxy Z Flip 3 smartfonlarının qiymətləri açıqlandı

Galaxy Z Fold3 və Galaxy Z Flip 3 smartfonlarının qiymətləri açıqlandı

Snoopy ləqəbli insayder, öz Twitter bloqunda Samsung-un Avropa bazarı üçün yeni qatlana bilən smartfonlarının qiymətlərini açıqladı. Mənbə bildirir ki, Galaxy Z Fold3 12 GB RAM və 256 GB və ya 512 GB yaddaşla satışa çıxacaq. Yeniliyin birinci modifikasiyası müştərilərə 2009 avroya, ikincisi isə 2099 avroya başa gələcək.

Galaxy Z Flip 3, 8 GB RAM ilə təchiz ediləcək. Konfiqurasiyadan asılı olaraq, smartfon 128 GB daxili yaddaşla birlikdə 1029 avroya, 256 GB yaddaşa malik model isə 1109 avroya başa gələcək. İnsayder, hər iki smartfonun dizaynını və mümkün rəng seçimlərini göstərən şəkillərini də yerləşdirdi.

Beləliklə, Galaxy Z Fold3 ağ rəngdə, Galaxy Z Flip 3 isə qara ilə birlikdə yaşıl, bej və bənövşəyi rənglərdə təqdim olunur.

Bu məlumatın nə dərəcədə etibarlı olduğu, 11 Avqust 2021 -ci ildə Samsung-un təqdimat mərasimində məlum olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -