spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияTrampın Gettr adlı yeni sosial şəbəkəsi fəaliyyətə başladı

Trampın Gettr adlı yeni sosial şəbəkəsi fəaliyyətə başladı

Politico-nun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası hər hansı ilkin elansız Gettr adlı yeni sosial şəbəkəni istifadəyə verib.

Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası “ləğv mədəniyyətinə qarşı mübarizə”, “sağlam düşüncəni” təşviq etmək, “söz azadlığını qorumaq”, həmçinin sosial şəbəkələrdəki “inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq”dan ibarətdir.

Gettr-in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.

Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın Gettr-də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.

Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu “mütləq biabırçılıq” və Birləşmiş Ştatlar üçün “alçalma” adlandırıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -