spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыSamsung Galaxy Watch4 və Galaxy Buds2-nin qiymətləri açıqlandı

Samsung Galaxy Watch4 və Galaxy Buds2-nin qiymətləri açıqlandı

İnsayderlər yaxınlaşan Samsung məhsulları barədə təfərrüatları şəbəkədə yaymağa davam edirlər. Bu dəfə Galaxy Watch4 ağıllı saat və Galaxy Buds2 simsiz qulaqlıq daxil olmaqla Cənubi Koreya markasının gələcək geyilə bilən cihazlarının qiymətləri barədə məlumatlar ortaya çıxdı.

MySmartPrice portalına görə, Galaxy Watch4-un 40 mm versiyasında qiyməti 350 ilə 370 avro, 44 mm versiyasında isə 380 ilə 400 avro arasında olacaq. Bu model qara, gümüş, yaşıl və qızıl rənglərdədir. Galaxy Watch4 Classic-ə gəldikdə, 42 mm variantın qiyməti 470 ilə 500 avro arasında, 46 mm isə 500 ilə 530 avro arasında dəyişəcəkdir.

Məlumatda deyildiyi kimi yeni Galaxy Buds2 simsiz qulaqlıqlarının qiyməti 180 ilə 200 avro arasındadır. Qara, ağ, yaşıl və bənövşəyi rənglərlə buraxılacaqlar.

Bu cihazların hamısının avqust ayında Galaxy Z Fold3 və Galaxy Z Flip3 qatlana bilən smartfonlar ilə birlikdə təqdim ediləcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -