Instagram-a yeni funksiya əlavə olunub

Instagram “bəyənmə” sayını gizlətmə imkanı yaradıb.

Məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.

Instagram əvvəlcə bütün istifadəçilər üçün “bəyənmə” sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).

Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişdi: Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə qoyuldu.

Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Доступно о том, что такое миграция в облако