spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияSosial şəbəkələrin həyatımıza təsiri araşdırılıb

Sosial şəbəkələrin həyatımıza təsiri araşdırılıb

We are social platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 %-i (8,26 milyon) internet istifadəçisidir.

Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 % artıb.

İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 %-ni qadınlar, 51 %-ni kişilər təşkil edib.

Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:

Whatsapp — 92,2 %;

Facebook — 87,9 %;

Instagram — 76,4 %;

Telegram — 60,3 %;

Twitter — 23,3 %;

Tiktok — 18,6 %;

Linkedin — 12,7 %;

VKontakte — 5,8 %;

Odnoklassniki — 4,8 %.

İştirakçıların 7,1 %-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 %-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.

Respondentlərin 0,8 %-i həftədə bir neçə dəfə, 0,3 %-i həftədə bir dəfə, 0,4 %-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.

Cavab verənlərin 55,2 %-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 %-i bunun əksini, 34,5 %-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.

Sorğu iştirakçılarının 58,1 %-inin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 %-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 %-ini təşkil edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -