ГлавнаяAVАкустические системыSamsung və Adidas simsiz qulaqlıqların birgə versiyasını təqdim edib

Samsung və Adidas simsiz qulaqlıqların birgə versiyasını təqdim edib

“Samsung” idman geyimləri istehsalçısı “Adidas” ilə birlikdə yaradılan “Galaxy Buds Pro” simsiz qulaqlıqlarının limitli versiyasını buraxıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, yeni versiya standart versiyadan yalnız xarici görünüşünə görə fərqlənir.

“Galaxy Buds Pro Adidas Original Special Pack” simsiz qulaqlığı “Stan Smith” idman ayaqqabısının bağlamasına uyğunlaşdırılmış ağ-yaşıl qutuda çatdırılır. Qara, gümüşü və bənövşəyi rənglərdə olan qulaqlıqların özləri isə standart “Galaxy Buds Pro”dan heç nə ilə fərqlənmir. Xüsusi buraxılışın dəstinə emal olunmuş plastikdən hazırlanmış, beysbolka görünüşlü üzlük, habelə “Adidas Stan Smith” idman ayaqqabısı cütünün alışı üçün kuponla da daxildir.

“Galaxy Buds Pro Adidas Original Special Pack”dan cəmi 6 min ədəddir. 250 ABŞ dolları dəyərindəki qulaqlıqlar yalnız Cənubi Koreyada satılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Nokia iki simsiz qulaqlıq modelini təqdim etdi
Режим вождения для Google Assistant запущен в международном масштабе