spot_img
25 апреля, 2024
ДомойТелекомСобытияFacebook istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

Facebook istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

Facebook sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub.

Report xəbər verir ki, bu barədə feysbukun rəsmi saytında dərc edilmiş xəbərdə deyilir.

«Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər», — açıqlamada deyilir. Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.

Daha əvvəl bildirilirdi ki, feysbukun 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib. Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -