spot_img
25 апреля, 2024
ДомойТелекомСтатьиABŞ-ın texnologiya nəhənglərinin xalis mənfəəti təxminən 2 dəfə artıb

ABŞ-ın texnologiya nəhənglərinin xalis mənfəəti təxminən 2 dəfə artıb

Bu ilin I rübündə ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 23,6 milyard dollara çatıb.

Məlumata görə, yanvar-mart aylarında Apple-ın gəliri illik müqayisədə 53,7% artaraq 89,6 milyard dollar, o cümlədən iPhone satışlarından gəliri 65,5% artaraq 47,9 milyard dollar, iPad satışlarından gəliri 78,7% artaraq 7,8 milyard dollar, Mac satışlarından gəliri isə 70,1% artaraq 9,1 milyard dollar olub.

Hesabat dövründə ABŞ-ın digər texnologiya nəhəngi Facebook şirkətinin isə xalis mənfəəti 9,5 milyard dollar olub ki, bu da, illik müqayisədə 94% çoxdur. 3 ay ərzində Facebook-un gəliri isə illik müqayisədə 48% artaraq 26,2 milyar dollara çatıb.

Martın sonuna Facbook-un gündəlik aktiv istifadəçi sayı illik müqayisədə 8% çox — 1,88 milyard nəfər, aylıq aktiv istifadəçi sayı isə 10% çox — 2,85 milyard nəfər təşkil edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -