spot_img
28 марта, 2024
ДомойТехнологииСмартфоныXiaomi, smartfonların qiymətlərinin artdığına dair xəbərdarlıq etdi

Xiaomi, smartfonların qiymətlərinin artdığına dair xəbərdarlıq etdi

Xiaomi-nin vitse-prezidenti Wang Xiang smartfonların qiymətində mümkün artım olduğunu açıqladı. İndi şirkət qiymətləri aşağı salmağa çalışır, amma çip çatışmazlığı səbəbindən alıcılar daha yüksək qiymətlərə hazırlaşmalıdırlar.

Menecer qeyd etdi ki, Xiaomi istehsal proseslərini optimallaşdırmağın yollarını axtarır, lakin bahalaşmanın qarşısını almaq daha da çətinləşir. Bu səbəbdən, cihazların bəzi modellərinin bahalaşma ehtimalı yüksəkdir.

Pandemiya dövründə elektronikaya tələb xeyli artdı və çip istehsalçıları sifarişləri yerinə yetirə bilmirlər. Çip çatışmazlığı ilk növbədə avtomobil sənayesinə təsir etdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -