spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныSmartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürür

Smartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürür

Android və iPhone əsaslı smartfonlar, təqribən, 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır.

«Report» “İrish Times”a istinadən xəbər verir ki, belə bir qənaət Dublin Triniti Kolecində aparılmış tədqiqat nəticəsində əldə edilib. Professor Daq Leyt (Doug Leith) tərəfindən dərc edilən araşdırmada iPhone ilə “Google” şirkətinin Android əməliyyat sisteminə əsaslanan smartfonlar arasında bu mənada mühüm fərq aşkarlanmayıb.

Bununla yanaşı, Android əsaslı smartfonların hər 12 saat ərzində 1 MB məlumat ötürdükləri halda iPhone-ların vur-tut 52 KB ötürdükləri də üzə çıxıb. Həm də smartfonlar sönmüş halda belə məlumat paylaşırmış.

Geri göndərilən məlumatlar arasında SİM birləşməsi, cihazın seriya nömrəsi, İMEİ, wi-fi MAC ünvanı, telefon nömrəsi olduğu güman edilir.

“Fikrimcə, bir çoxları “Apple” və “Google”un telefonlarımızdan məlumat toplamaqda məqsədlərinin “iCloud”, yaxud “Google Drive” kimi servisləri yerinə yetirmək olduğunu düşünür. Amma biz telefonlarımızı sadəcə telefon qismində, yəni zəng və daha nələrisə göndərib qəbul etmək üçün istifadə edərkən “Google” və “Apple”ın niyə məlumat toplamağa çalışdıqlarını görmək daha ağırdır. Hazırda biz “Google” və “Apple”-ın bu qədər məlumatları vəziyyətə uyğun topladıqlarını müəyyənləşdirmişik. Bunlar ifrat görünür, hansı ehtiyacdan gəldiyini də başa düşmək çətindir” – ekspert deyib.

Onun dediyinə görə, smartfonlar həm də yaxınlıqdakı cihazlarla bağlı məlumat toplayır. Belə ki, hər hansı istifadəşi wi-fi şəbəkəsinə qoşulduqda şəbəkədəki başqa telefonların da wi-fi MAC ünvanları “Apple”-a ötürülürmüş. Bu da istifadəçinin ev ünvanını, kafedəki masasını, yaxud ofis şəbəkəsini xüsusi olaraq təyin etmək imkanını verir. İstifadəçilər də bu izləmədən yayına bilmir.

Tədqiqat müəllifləri istifadəçilərdən toplanan bu məlumatlar əsasında onların internetdə gəzintiləri, alış-veriş ödəmələri barədə da məlumat əldə etməyə imkan verməcəyinə dair narahatlıq ifadə ediblər.

Məsələyə dair “Google” sözçüsü bildirib ki, müasir avtomobillərin ayrı-ayrı hissələri, təhlükəsizlik statusu, servis müddətinə dair təməl məlumatları mütəmadi ötürdüyü kimi smartfonların da bənzər məlumatları ötürməsini səmərəli fəaliyyətinin mühüm şərti olaraq dəyərləndirib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -