ГлавнаяТехнологииСмартфоныNokia 8.4 smartfonunun xüsusiyyətləri açıqlandı

Nokia 8.4 smartfonunun xüsusiyyətləri açıqlandı

Bildiyimiz kimi, HMD Global, 8 aprel tarixində yeni smartfonların təqdim edilməsi üçün tədbir təyin edib.

Yeni məhsullar arasında Nokia 8.4 də olmalıdır. Smartfon Qualcomm Snapdragon 775G SoC və 5G dəstəyinə əsaslanacaqdır.

Cihazın arxa panelində əsas 108 meqapiksellik sensor və Zeiss optikası olan əsas penta kamera yerləşdiriləcəkdir.

Smartfon, 120 Hz yeniləmə sürətinə sahib 6,5 düymlük bir ekran və sürətli şarj üçün dəstək olan 5000 mAh batareya ilə təchiz edilmişdir.

8 aprel tarixində baş tutacaq tədbirdə Nokia 6.4, Nokia 7.4 və şirkətin ilk oyun smartfonunu da təqdim ediləcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Kia показала внешний вид электрокроссовера EV6
IBM представила русскоязычную версию Open P-TECH - открытой цифровой платформы для профессионалов будущего