ГлавнаяТелекомСобытияTesla bitkoinlərdən elektromobillərin satışından daha çox qazanıb

Tesla bitkoinlərdən elektromobillərin satışından daha çox qazanıb

Yanvar ayında 1,5 milyard ABŞ dollarına 48 000 bitkoin satın alan Tesla şirkəti artıq onlar vasitəsilə 2020-ci ildə elektrikli avtomobil satışından qazandığından daha çox qabağa düşüb.

Belə ki, yanvarda alınan bitkoinlərin dəyəri artıq 2,58 milyard ABŞ dollarına çatıb. Başqa sözlə, kriptovalyuta təkcə bir aya avtomobil istehsalçısına təxminən 1,08 milyard ABŞ dolları qazandırıb.

Müqayisə üçün qeyd edək ki, Tesla 2020-ci il ərzində elektromobillərin satışından 721 milyon ABŞ dolları qazanıb. “Bitkoinə investisiya qoymağın şirkət üçün əsas işindən daha sərfəli olduğu ortaya çıxdı”, — The Times yazıb.

Avtomobil istehsalçısı hələlik kriptovalyuta qiymətlərindəki artımdan əldə etdiyi mənfəəti qeydiyyatdan keçirmək niyyətində deyil. Bitkoinlər şirkət onları satmağı qərara alana qədər qeyri-məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər sayılacaq.

Daha əvvəl Tesla-nın rəhbəri İlon Mask şirkətin bitkoinə yatırımını riskli adlandırmış və 1,5 milyard ABŞ dolları dəyərində kriptovalyuta alışı qərarını onun vermədiyinə eyham vurmuşdu. Milyarderin fikrincə, bitkoinə investisiya qoymaq “S&P 500” indeksindən olan bir şirkət üçün olduqca riskli strategiyadır.

Ardından Mask kriptovalyutanın adi pullar kimi barter mübadiləsi narahatçılığının qarşısını alan məlumat toplusu olduğunu söyləyib. Bu baxımdan Tesla rəhbəri bitkoinin dəyərinin şişirdilmiş olduğunu düşünür.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Xiaomi yeni RedmiBook Pro noutbukunun dizaynını göstərdi
Lenovo Tab P11 Pro - больше, чем планшет для развлечений!