spot_img
27 апреля, 2024
ДомойТелекомСобытияLütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

1 fevral 2021-ci il tarixində Lütfi Zade Texnologiya Mərkəzində dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin açılışı baş tutmuşdur.

“Tətbiqi Elm Həftəsi” Lütfi Zade Texnologiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Paşa Bankın və ADA Universitetinin tərəfdaşlığı ilə 1-5 fevral tarixlərini əhatə edəcək.

Təbirin rəsmi hissəsində Lütfi Zadə Texnologiya Mərkəzinin təsisçi partnyoru, “AGA Group”un direktoru Qafar Dəmirçi və mərkəzin direktoru İmran Bağırov açılış nitqləri ilə çıxış etdilər. Çıxışlarda “Tətbiqi Elm Həftəsi”nin rəssam Adil Əsədli tərəfindən hazırlanmış emblemi, həftənin məqsədi və Lütfi Zadə Texnologiya Mərkəzinin təsis olunması haqqında məlumatlar paylaşıldı.

Lütfi Zadə Texnologiya Mərkəzinin rəsmi açılışının 4 fevral 2021-ci il tarixində olacağı bildirildi. Mərkəzin fəaliyyəti inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovörkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması və innovasiya ekosisteminin üzvləri üçün ortaq platformanın yardılmasına yönəlmişdir. KİV nümayəndələri mərkəzin rəsmi açılış mərasiminə də dəvət edildi.

Bundan əlavə, həftə boyu planlanan digər tədbirlər haqda da məlumat verildi. Bu tədbirlər məhdud sayda iştirakçı ilə “elmin tətbiqini necə sürətləndirmək” və “ekosistemi necə inkişaf etdirmək” kimi mövzularda canlı və onlayn formatda həyata keçiriləcəkdir.

Daha sonra tədbir «Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri» adlı rəsm sərgisi ilə davam etdi. Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü, 150-dən çox qrafika, 200-dən çox rəngkarlıq əsərinin müəllifi, eləcə də 50 kitabın rəssamı olmuş Adil Əsədlinin rəsmləri əsasında təşkil olunmuşdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -