spot_img
29 марта, 2024
ДомойТелекомСобытияİnternetdə zərərli materiallara qarşı tədbirlər görülür

İnternetdə zərərli materiallara qarşı tədbirlər görülür

Dünyanın 9 ən iri İKT şirkəti internetdə zərərli məzmun və davranışlara qarşı birgə çərçivə mühiti yaratmaq üçün addımlar atır.

Axios-un sözlərinə görə, Facebook, Google, Microsoft, Twitter, Discord, Pinterest, Reddit, Shopify, Vimeo şirkətləri öz hesablarındakı materiallarla bağlı qaydaların dəyişdiyini düşünən ABŞ Konqresi üzvləri tərəfindən təzyiqlə üzləşərək The Digital Trust and Safety Partnership, yəni Rəqəmli etimad və təhlükəsiz tərəfdaşlıq adlı birlik yaratmaq qərarına gəlib.

Bu zaman aşağıdakı öhdəliklər götürülüb:

— məhsul dizaynı ilə bağlı mümkün sui-istifadə hallarını müəyyənləşdirmək və bunun qarşısını olmaq üçün addımlar atmaq;

— istifadəçi davranışları və məzmunla bağlı müvafiq qaydalar qəbul etmək;

— həmin qaydaları icra etmək, o cümlədən həssas məzmunlarla çalışan qrupların sağlamlıq və dayanıqlıq baxımdan dəstəkləmək; dəyişən risqlərə qarşı hazır olmaq; şikayətlər, icra, etimad, təhlükəsizlik və s. ilə bağlı tədbirlərə dair mütəmadi hesabatlar vermək.

Bu addımların ictimaiyyətin sosial şəbəkələrə və bütövlükdə internetə etimadını bərpa etməyə yönəldiyi bildirilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -