ГлавнаяСайтыНовинкиAzərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb

Azərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb

Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində bir neçə məhsul hazırlanıb.

«Report» xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.
Hazırlanan məhsullar aşağıdakılardır:

Elektron qoruyucu maska:

“E-Mask” adını alan bu respiratorda xüsusi elektron müdafiə sistemi mövcuddur. İki batareya ilə işləyən maskanın ön hissəsində virusların öldürülməsi üçün nəzərdə tutulan elektron cihaz var. Maska xüsusi çip vasitəsilə idarə olunur. Xaricdən burun və ağız boşluğu vasitəsi ilə insan orqanizminə daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənir və insan orqanizminə daxil olmasının qarşısı alınır. Belə ki, viruslar üzərində olan lipid təbəqəsi maskanın qoruyucu membranından daxil olarkən parçalanır və insan orqanizmi üçün təhlükəsini itirir. Asanlıqla dezinfeksiya oluna bilən bu maska digər tibbi maska və respiratorlardan fərqli olaraq çoxdəfəlik istifadə üçün nəzərdə tutulub. Maskanın sənaye modelində enerji mənbəyinin həcmini və insan hərarətini göstərən ekranın yerləşdirilməsi nəzərdə tutulur.

Süni tənəffüs aparatı:

Mövcud cari vəziyyəti nəzərə alaraq hava vurulması servo motorla və kompressorla həyata keçirilən iki növ süni tənəffüs aparatı hazırlanıb. Sadə və sürətli şəkildə hazırlana bilən bu cihazlar təcili və təxirəsalınmaz vəziyyətlərdə ən son müdaxilə vasitəsi kimi nəzərdə tutulub. Koronavirus (COVID-19) infeksiyasının ağır formasına məruz qalmış ciyərlərdə intensiv iltihaba görə yaranan kəskin tənəffüs çətinliyi müşahidə olunur və tənəffüs aparatına zərurət yaranır. Hazırlanmış süni tənəffüs aparatları bu kimi hallarda pasiyentlərin istifadəsi üçün nəzərdə tutulub. Hazırlanmış aparatlara İqtisadiyyat Nazirliyinin iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilib. Verilən rəy əsasında son təkmilləşdirmə işləri aparılır.

Üz üçün şəffaf maska:

3D printer vasitəsilə hazırlanan bu maska ön şəffaf hissə və tac olmaqla 2 hissədən ibarətdir. Maska infeksion xəstəliklərlə mübarizə aparan həkimlər, kütləvi təmasda olan şəxslər, eləcə də satıcılar, kassirlər və ictimai nəqliyyatda çalışan sürücülər üçün nəzərdə tutulub. Hazırlanmış maskalarla ilkin olaraq jurnalistlər, Daxili İşlər Nazirliyinin və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları təmin olunub.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

На майнинг биткоина тратится больше электроэнергии, чем потребляет вся Аргентина
Epic Games представила инструмент MetaHuman Creator для создания реалистичных лиц