ГлавнаяТелекомСтатьиMessengerlərin məxfiliyi. Hansı ən az məlumat toplayır?

Messengerlərin məxfiliyi. Hansı ən az məlumat toplayır?

AIN.UA-nın verdiyi məlumata görə, 8 dekabrdan etibarən iOS öz istifadəçilərinə hansı məlumatları topladıqlarını bildirməli olacaqlar. Bunu etmək üçün App Store «məxfilik etiketləri» təqdim etdi.

Gadgets Now, hansının ən az məlumat topladığını müqayisə etmək üçün populyar messengerlərin məxfilik etiketlərindən məlumat topladı.

Signal

Toplanan məlumatlar: yoxdur.

Signal dünyanın ən etibarlı və gizli messengerlərindən biri hesab olunur. App Store-dakı məlumatlar bunu təsdiqləyir.

Qeydiyyatdan keçmək üçün yalnız mobil nömrəniz lazım olacaq, lakin tətbiq nömrənizi şəxsiyyətinizlə əlaqələndirmir.

iMessage

Toplanan məlumatlar: e-poçt ünvanı, telefon nömrəsi, axtarış tarixçəsi, istifadəçi kimliyi.

Telegram

Toplanan məlumatlar: ad, telefon nömrəsi, kontaktlar, istifadəçi kimliyi.

Viber

Toplanan məlumatlar: IP ünvan, istifadəçi kimliyi, alış-veriş, laqə məlumatları, istifadə məlumatları, istifadəçi məzmunu, diaqnostika.

WhatsApp

Toplanan məlumatlar: istifadəçi kimliyi, istifadəçi identifikatoru, reklam məlumatları, alış-veriş, IP ünvan, telefon nömrəsi, e-poçt ünvanı, kontaktlar, digər diaqnostik məlumatlar, ödəmə məlumatları, məhsulla qarşılıqlı əlaqə, digər istifadəçi məlumatları, məzmun.

Facebook Messenger

Bu siyahı Facebook Messenger üçün çox uzundur və tətbiqetmənin toplaya biləcəyi demək olar ki, bütün növ istifadəçi şəxsi məlumatlarını özündə cəmləşdirir.

Toplanan məlumatlar: reklam, alış-veriş tarixçəsi, maliyyə məlumatları, dəqiq IP ünvan, fiziki ünvan, e-poçt ünvanı, ad, telefon nömrəsi, başqa bir istifadəçinin əlaqə məlumatları, kontaktlar, foto və ya videolar, oyun məzmunu, istifadəçi məzmunu, axtarış tarixçəsi, istifadəçi kimliyi, cihaz kimliyi, reklam məlumatları, digər istifadə məlumatları, digər diaqnostik məlumatlar, reklam və ya marketinq, sağlamlıq, fitness, ödəmə məlumatları, məxfi məlumatlar, məhsulun fərdiləşdirilməsi, kredit məlumatları, digər maliyyə məlumatları, e-poçt.

AIN.UA-nın məlumatına görə

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Представлена флагманская однокристальная система Samsung Exynos 2100
ESET представляет новое поколение корпоративных продуктов