ГлавнаяТелекомСобытияYerli İT şirkət korporativ sosial məsuliyyət çərçivəsində Qarabağımıza dəstək verəcək

Yerli İT şirkət korporativ sosial məsuliyyət çərçivəsində Qarabağımıza dəstək verəcək

Ultra

Azərbaycanın aparıcı İT inteqrator şirkəti Ultra Technologies “Qarabağımıza qayıdış” istiqamətində korporativ sosial məsuliyyət alaraq tikiləcək ilk 5 yeni universitetlərdə və ya açılacaq universitetlərin filiallarında Eduman (təhsil müəssisələrinin idarəetmə sistemi) sisteminin və yeni tikiləcək bütün dövlət kitabxanalarında ALİSA (elektron kitabxana sistemi) sisteminin təmannasız qurulmasını öhdəsinə götürür.

Eduman sistemi hal-hazırda bir neçə dövlət və özəl təhsil müəssisələrində tətbiq edilmiş, mükəmməl təhsil idarəetmə sistemidir.

ALİSA sistemi AR Mədəniyyət və Turizm Nazirliyinin sifarişi  ilə Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərən mərkəzi kitabxanalarında tətbiq olunmuşdur. Sistemin köməyi ilə kitabxanaların idarəolunması asanlaşmış, oxucu və kitabxanaçılar üçün səmərəli olmuşdur.

ULTRA #BizBirlikdəGüclüyük devizi ilə Qarabağın yenidənqurma işlərində bütün müəssisələri aktiv olmağa dəvət edir.

Fortinet увеличивает предложение тренингового института Network Security Expert с целью дальнейшего расширения набора навыков в области кибербезопасности