ГлавнаяТехнологииСмартфоныLG rəsmi olaraq LG Q52 smartfonunu təqdim etdi

LG rəsmi olaraq LG Q52 smartfonunu təqdim etdi

LG, Cənubi Koreyada LG Q52 smartfonunu rəsmi olaraq təqdim etdi. Adından da göründüyü kimi, bu ilin əvvəlində rəsmi olaraq təqdim olunan LG Q51 smartfonunun davamçısıdır. LG Q52, təsirli bir ekrana, 48MP dörd kameraya və yaxşı batareyaya sahib olan orta səviyyəli smartfondur.

LG Q52, 6,6 düymlük HD+IPS LCD ekranla təchiz edilmişdir. 13 meqapiksellik ön kamerası var.

LG Q52 chipset MediaTek Helio P35 ilə işləyir. Q51 isə, Helio P22 çipseti ilə təchiz edilmişdir. Cihaz istifadəçilərə 64 GB yaddaş təklif edir. 4000 mAh batareya ilə işləyir.

LG Q52, əvvəlcədən quraşdırılmış Android 10 ilə gəlir. Yan barmaq izi sensoru da var. Cihaz istifadəçilərə 4G, ikili SIM dəstəyi, Wi-Fi, Bluetooth 5.0, NFC, UBS-C kimi xüsusiyyətlər təqdim edir.

LG Q52 Cənubi Koreyada 299 dollara satılır.  Silky White və Silky Red rənglərdə mövcuddur.

ТЕГИ:
Представлен защищенный смартфон LG Q52
Беспроводные наушники LG Tone Free комплектуются зарядным футляром с функцией обеззараживания