ГлавнаяТехнологииГаджетыHUAWEI FreeBuds Studio tam ölçülü Bluetooth qulaqlıqlarını təqdim edəcək

HUAWEI FreeBuds Studio tam ölçülü Bluetooth qulaqlıqlarını təqdim edəcək

Mate 40 qabaqcıl smartfonlarının təqdimatında HUAWEI, FreeBuds Studio adlı tam ölçülü simsiz qulaqlıqları da daxil olmaqla daha bir neçə yeni məhsulu nümayiş etdirəcəkdir. Weibo-dakı markanın rəsmi teaseri sayəsində yaxınlaşan yeniliyin imicinin artıq ortaya çıxdığı məlum oldu.

HUAWEI FreeBuds Studio-nun xüsusi bir Kirin A1 çipi ilə təchiz ediləcəyi və «şəffaflıq» rejimi ilə aktiv səs-küy azaltma funksiyası alacağı gözlənilir. Аksessuar qara rəngdə olacaq və örtükləri də qulaq yastıqları kimi dəri materialdan düzəldiləcək.

Tam ölçülü HUAWEI FreeBuds Studio TWS qulaqlıqlarının təqdimatı gələn həftə, 22 oktyabrda keçiriləcək. Aksesuarın qiyməti hələ məlum deyil.

Xiaomi, "səs azaldıcı" TWS qulaqlıqlarını təqdim etdi