spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныLG cüt ekranlı smartfonun təqdimat tarixini açıqladı

LG cüt ekranlı smartfonun təqdimat tarixini açıqladı

LG Wing-in son illərin ən qeyri-adi smartfonu olma şansı var. Xüsusiyyəti bir-birinin üstündə yerləşən iki ekranın olmasıdır. Bir sıra söz-söhbətlərdən sonra LG cihazın mövcud olduğunu rəsmən təsdiqlədi və təqdimat tarixini açıqladı.

Daha əvvəlki video da LG Wing-in eyni zamanda avtomobildə naviqasiya və musiqi oxutmaq üçün necə istifadə edildiyi göstərildi. LG yəqin ki, smartfonun digər üstünlüklərindən danışacaq.

Şayiələrə görə, smartfon 6.8 düymlük əsas ekran və kvadrat 4 düymlük alt ekran, Snapdragon 765G prosessoru və 64 meqapiksellik əsas kamera alıb.

Yeni məhsulların təqdimatının 14 sentyabr tarixində keçirilməsi planlaşdırılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -