ГлавнаяТелекомСобытияAmerika və Kanadada yaşayan həmyerlilərimiz üçün növbəti ödənişsiz kurslara start verildi

Amerika və Kanadada yaşayan həmyerlilərimiz üçün növbəti ödənişsiz kurslara start verildi

kurs

13 iyun 2020-ci il tarixində «Azerbaijani Union» platformasının və «Tech Academy» təhsil mərkəzinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları və Kanadada yaşayan azərbaycanlı xanımların texnologiya sahələrinə cəlb edilməsi üzrə təlim silsiləsinin ikinci hissəsinə start verilib.

Layihə çərçivəsində növbəti təlimdə aztəminatlı ailələrdən, işsiz və ya tələbə olan azərbaycanlı xanımlara peşəkar təlimçilər tərəfindən dövrün ən tələbatlı peşələrindən olan Manual QA Testing üzrə ödənişsiz əsaslarla hazırlıq həyata keçiriləcək.

Tədris proqramı həftəsonları onlayn şəkildə həyata keçirilməklə 3 ay davam edəcək. Amerika Birləşmiş Ştatları və Kanadadan ümumilikdə 12 xanım Manual QA Testing dərslərinə qoşulub. Bu kurs hesabına İnformasiya Texnologiyaları sahəsində heç bir bilik və təcrübəsi olmayan iştirakçılar texniki peşəyə sahib olacaqlar.

Proqramın yekununda Amerika Birləşmiş Ştatlarında mövcud sahə üzrə çalışan azərbaycanlı mütəxəssislər təlim iştirakçılarına işədüzəlmə üzrə hazırlıq keçəcəklər. Eyni zamanda təhsil almış xanımlara fəaliyyətdə olan şirkətlərdə praktika keçmək imkanı yaradılacaq.

«Tech Academy» Python proqramlaşdırma dilini Azərbaycanda bootcamp formatında tədris edən yeganə təhsil mərkəzidir. Layihə «Tech Diaspora» və «Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin» dəstəyi ilə həyata keçirilir.

Стартовали бесплатные IT-курсы для соотечественников, проживающих в США и Канаде
Huawei, 5G dəstəyi ilə dörd smartfon hazırlayır
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!