spot_img
17 апреля, 2024
ДомойТелекомСобытияTələbələrimiz “Global Game Jam” yarışmasında fərqləniblər

Tələbələrimiz “Global Game Jam” yarışmasında fərqləniblər

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi və Texnoparkın dəstəyi ilə universitetin Mühəndislik fakültəsində təhsil alan IV kurs tələbələri “Global Game Jam” yarışmasında fəal iştiraklarına görə mükafatlandırıblar.

Artıq bir neçə ildir Azərbaycanda keçirilən bu tədbir ölkənin oyun qurucuları cəmiyyətinin yaradılmasına böyük təkan verib. Tədbir  bu il SUP.VC və VRiendly şirkətləri tərəfindən təşkil olunub və qeydiyyatdan keçən 77 nəfər “jam”erlər tərəfindən ümumi 9 yeni oyun yaradılıb. 2020-ci ilin bütün dünya üçün mövzusu “repair” olub və azərbaycanlı qurucular bu mövzuya uyğun oyunlar ərsəyə gətirə biliblər. 48 saatdan sonra iştirakçılar öz oyunlarını bir-biri ilə bölüşərək dəyərləndiriblər və tərəfdaşların dəstəyi ilə iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Global Game Jam hər il müxtəlif mövzular ətrafında keçirilən oyun qurucuları üçün nəzərdə tutulmuş tədbirdir.  Tədbirin əsas özəlliyi bütün dünyada eyni vaxtda başlamasıdır. İlk tədbir Yaponiyada start götürür və Havay adalarında yekunlaşır. 48 saat ərzində “jam”erlər komanda qurur, ideya üzərində işləyirlər və oyunu ərsəyə gətirirlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -