spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияGirls Code: yeni başlayanlar üçün PL SQL

Girls Code: yeni başlayanlar üçün PL SQL

Hal-hazırda bir çox banklarda tələb olunan PL/SQL developerlərin işinin nədən ibarət olduğu, bu sahədə nələri bilməli olduğunuz haqda məlumat əldə etmək istəyirsinizsə, «Girls Code Azerbaijan» tərəfindən ödənişsiz təşkil olunacaq «PL/SQL for beginners» workshop sizlər üçün nəzərdə tutulub. Seminarda iştirak etməklə siz, eyni zamanda, bu sahə üzrə geniş təcrübəyə malik olan təlimçidən real iş həyatı ilə bağlı suallarınızı soruşmaq, Oracle SQL sertifikatını əldə etmək üçün məlumat almaq şansı əldə edəcəksiniz.

Seminarda toxunulacaq mövzular:
— PL/SQL nədir? PL/SQL anlayışları.
-PL funksiya proseduru
— SQL və PL / SQL-in fərqi, PL/ SQL-in istifadəsinin əhəmiyyəti
-% ROWTYPE and TYPE RECORD, DECODE and CASE fərqi
-PL/SQL anonim blok, funksiyası və prosedurları fərqi və əhəmiyyətləri
-PL/SQL paketinin əhəmiyyəti
— BULK COLLECT nədir və əhəmiyyəti
-BULK COLLECT-dan istifadənin əhəmiyyətləri və performansa müsbət təsirləri

Workshop-da, həmçinin, yuxarıda qeyd olunmuş mövzuların praktiki olaraq tətbiqi göstəriləcəkdir.

Tarix: 08.12.2019
Saat: 15:00

“Girls Code Azerbaijan” platforması Azərbaycanda yaradılmış qadınların İT sektorunda inkişaf etməsi, uğurlu karyera addıml arı atmağını məqsəd qoymuş ilk və tək platformadır. Məqsədimiz İT sahəsində xanımların azlığını nəzərə alaraq, xanımlar üçün müxtəlif işlər görmək, mütəmadi olaraq maarifləndirici seminarlar, təlimlər təşkil etməkdir.

Ünvan:
World Business Center, Matrix Training Center ofisi ,Baku
Əlaqə nömrəsi: (070) 640-57-59

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -