ГлавнаяТелекомСобытияBakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ookla tərəfindən «Azərbaycanın ən sürətli mobil şəbəkəsi» kimi tanınıb.

Şirkət 2019-cu ilin I və II rübü üzrə «Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı»ın qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək «Speedtest Score»(sürət balları) nəticəsində nümayiş etdirib.

«Ookla»nın Speedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.

“Bakcell öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. . Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yenidən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Bakcell artıq üçüncü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.

Bakcell öz şəbəkəsini va göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

Google начнет оказывать банковские услуги
Gartner: мировой рынок публичных облаков в 2020 году вырастет на 17%
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!