ГлавнаяSoftwareИгрыКompüter oyunları üzrə 11-ci Dünya çempionatının Milli seçmə mərhələsi keçirildi

Кompüter oyunları üzrə 11-ci Dünya çempionatının Milli seçmə mərhələsi keçirildi

Ötən həftə sonu, 26-27 oktyabr tarixlərində Bakıda, kompüter oyunları üzrə 11-ci Dünya çempionatının Milli seçmə mərhələsi keçirildi. Tədbir Azərbaycan Kiber İdman Federasiyası və Gənclər və idman nazirliyi tərəfindən «Topaz» şirkətinin maliyyə dəstəyi ilə birlikdə təşkil edilmişdir. Turnirin təşkilati dəstəyi Gaming League of Azerbaijan (GLA) tərəfindən təmin edildi. Seçmə mərhələsi çərçivəsində bir komanda (DOTA 2) və iki fərdi (Tekken 7 və eFootball PES 2020) oyun növləri üzrə yarışlar keçirildi. 160-dan çox kiber idmançının iştirak etdiyi Milli Seçmə mərhələsinin qalibləri bunlardır:

DOTA 2

  1. Fırenation
  2. Caspian Wizards
  3. WD

eFootball PES 2020

  1. Təbriz (Capitan!GarFio) Mahmudov
  2. Nicat (Sharifov10) Şərifov
  3. Orxan (Joseph) Yusifli

Tekken 7

  1. Çingiz (Blaze) Karqin
  2. Elnur (MishimaAZE) Niyazov
  3. Vaqif (Monk) Nuriyev

Beynəlxalq Kiber İdman Federasiyasının idarə heyətinin üzvü, Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev qeyd etdiyi kimi, Milli seçmə mərhələsinin qalibləri, 11-15 dekabr tarixlərində Seul şəhərində (Cənubi Koreya) keçiriləcək kompüter oyunları üzrə 11-ci Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququnu qazandı.

Qeyd edək ki, IESF 54 milli federasiyanı birləşdirən ən böyük kiber idman təşkilatıdır. Xatırladırıq ki, kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı 2014-cü ildə Bakıda keçirilmişdir.

Google окончательно прекращает поддержку технологии Flash
Nvidia представила новые Shield TV и Shield TV Pro
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!