spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныRedmi K20 Pro smartfonu Android 10 yeniləməsini ilk günündə əldə etdi

Redmi K20 Pro smartfonu Android 10 yeniləməsini ilk günündə əldə etdi

Google şirkəti dünən Android 10 əməliyyat sisteminin stabil versiyasını təqdim etdi, hansı ki, ilk olaraq Pixel smartfonlarına göndərilməyə başladı. İnsayder Mukul Sharma qeyd edib ki, Redmi K20 Pro smartfonu da Android 10 əməliyyat sistemini ilk əldə edənlərdən biri oldu. Düzdür, söhbət smartfonun Çin versiyasından gedir, lakin yeniləmənin qlobal versiyaya da ən tez zamanda çatdırılacağı gözlənilir.

Xatırladaq ki, Redmi K20 Pro smartfonu Android 10-un beta test proqramında iştirak edirdi. Xiaomi Mi Mix 3 və Mi 9 da bu proqramın iştirakçıları olduğundan belə qənaətə gəlmək olar ki, adı çəkilən smartfonlar da bu ay yeniləməni əldə edəcəklər.

Android 10 bir neçə maraqlı yeniliklər əldə edib. Onlar arasında qatlanan smartfonların dəstəyi, 5G şəbəkə dəstəyi, qlobal tünd fon, çərçivəsiz smartfonlar üçün yeni tam ekranlı naviqasiya (jestlər əsasında) və s. qeyd etmək olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -