ГлавнаяТехнологииСмартфоныRedmi K20 Pro smartfonu Android 10 yeniləməsini ilk günündə əldə etdi

Redmi K20 Pro smartfonu Android 10 yeniləməsini ilk günündə əldə etdi

Google Android 10

Google şirkəti dünən Android 10 əməliyyat sisteminin stabil versiyasını təqdim etdi, hansı ki, ilk olaraq Pixel smartfonlarına göndərilməyə başladı. İnsayder Mukul Sharma qeyd edib ki, Redmi K20 Pro smartfonu da Android 10 əməliyyat sistemini ilk əldə edənlərdən biri oldu. Düzdür, söhbət smartfonun Çin versiyasından gedir, lakin yeniləmənin qlobal versiyaya da ən tez zamanda çatdırılacağı gözlənilir.

Xatırladaq ki, Redmi K20 Pro smartfonu Android 10-un beta test proqramında iştirak edirdi. Xiaomi Mi Mix 3 və Mi 9 da bu proqramın iştirakçıları olduğundan belə qənaətə gəlmək olar ki, adı çəkilən smartfonlar da bu ay yeniləməni əldə edəcəklər.

Android 10 bir neçə maraqlı yeniliklər əldə edib. Onlar arasında qatlanan smartfonların dəstəyi, 5G şəbəkə dəstəyi, qlobal tünd fon, çərçivəsiz smartfonlar üçün yeni tam ekranlı naviqasiya (jestlər əsasında) və s. qeyd etmək olar.

Стабильная версия Android 10 стала распространяться на смартфоны Pixel
RedmiBook 14 Enhanced Edition noutbukunu 1.5 milyon nəfər sifariş edib
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!