spot_img
19 апреля, 2024
ДомойSoftwareОперационные системыWindows 10 bulud servislərindən bərpa funskiyası ilə təchiz oluna bilər

Windows 10 bulud servislərindən bərpa funskiyası ilə təchiz oluna bilər

Hal-hazırda analoji funksiya Surface cihazları üçün əlçatandır. Microsoft şirkəti də, yayılan məlumatlara əsasən, Windows 10 istifadəçiləri üçün sürpriz hazırlayır.

Əməliyyat sisteminin yeni insayder versiyasında xüsusi bir funksiya aşkarlanıb — sistemin bulud servislərindən bərpası. Qeyd edilir ki, yeni funksiyanın izləri Windows 10 Build 14393 (Redstone 1, 2016) versiyasına aiddir. Bu da öz növbəsində o deməkdir ki, Microsoft şirkət bu layihə üzərində artıq üç ildir çalışır. Naməlum səbəblərə görə yenilik hələ də istifadəçilərə təqdim olunmayıb. Bulud servislərindən bərpa funksiyası ilə əməliyyat sistemini yeniləmək, tamamilə silərək yenisi quraşdırmaq üçün yaddaş cihazlarına və ya disklərə ehtiyac qalmayacaq, istifadəçi bulud servisində saxladığı məlumat ilə əməliyyat sistemini quraşdıra biləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -