spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияGoogle Photos artıq ağ-qara şəkillləri "rəngləyə" bilir

Google Photos artıq ağ-qara şəkillləri «rəngləyə» bilir

Google Photos tətbiqi uzun müddətdir ki, istifadəçilər üçün qalereya funksiyasını təmin edir və şəkil / videoların saxlancı kimi istifadə edilir. Tətbiqə ağ-qara şəkilləri rəngləməyə imkan verən yeni funksiya da əlavə olunub və artıq test versiyalarında sınaqdan keçirilir. Məhdud sayda istifadəçiyə əlçatan olan test versiyasının sınaq müddəti bir neçə ay davam edə bilər.

Ağ-qara şəkillərin rənglənməsi prosesi neyron şəbəkələrin vasitəsilə həyata keçirilir. Bunun mümkün olması üçün Google alqoritmləri çoxsaylı fərqli məzmuna malik fotoları analiz ediblər. Bunun nəticəsində şəkillərin rənglənməsi maksimal dərəcədə təbii alınır. Lakin, alqoritmin inkişafı bundan da sonra davam edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -