spot_img
28 марта, 2024
ДомойТехнологииНоутбукиIntel Core i7 prosessoru Geekbench testində AMD Ryzen 7-ni böyük fərqlə geridə...

Intel Core i7 prosessoru Geekbench testində AMD Ryzen 7-ni böyük fərqlə geridə qoydu

Cari ilin payız aylarında Intel Core i7-10510 U (Comet Lake-U) tipli 10 nanometrlik prosessorlar ilə təchiz edilmiş noutbuklar satışa çıxarılacaq. Lakin, artıq indidən bençmark testlərinə start verilib.

Belə ki, Geekbench testində Comet Lake-U prosessoru Dell XPS 13 7390 noutbuku ilə 5248 bal yığıb, çoxsaylı nüvə ilə bal sayı 17676 olub. Müqayisə üçün qeyd edilir ki, Ryzen 7 3750H prosessoru, hansı ki, Intel Comet Lake-U rəqibi hesab edilir, müvafiq olaraq 3898 və 11396 bal yığıb.

Maraqlıdır ki, Core i7-10510U prosessoru daha öncə Geekbench testində HP noutbuku ilə iştirak etmiş və 4195 / 9188 bal yığmışdı. Görünür ki, həmin zaman yalnız mühəndis nümunəsi sınaqdan keçirilmişdi, indi isə satışa hazır olan məhsul yüksək nəticə göstərdi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -