ГлавнаяТехнологииPilotsuz uçan Uber taksilərinin sınaqları Melburn şəhərində baş tutacaq

Pilotsuz uçan Uber taksilərinin sınaqları Melburn şəhərində baş tutacaq

Uber

Uber Technologies şirkəti məlumat verib ki, pilotsuz uçan taksilərin sınaqları Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda baş tutacaq. Daha əvvəl Amerikalı şirkət Dubay şəhərinin idarəçiləri ilə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilmədi.

Melburn sınaqlarda istifadə olunacaq ilk xarici şəhər, ümumilikdə isə 3-cü belə şəhər oldu (digər iki şəhər Dallas və Los-Ancelesdir). Sınaqlar artıq gələn il start götürəcək, 2023-cü ildə şirkət taksilərin istifadə verilməsinə hazırlaşır. Qeyd edilir ki, sınaqlar çərçivəsində taksilər sərnişinləri Melburn şəhərinin 7 Westfield ticarət mərkəzlərindən əsas beynəlxalq hava limanına aparacaq. Gözlənilir ki, təxminən 19 km məsafəni taksilər 10 dəqiqəyə qət edəcək. Avtomobil ilə bu marşrut 25 dəqiqə vaxt alır.

Uçan taksini birbaşa smartfonun tətbiqindən sifariş etmək mümkün olacaq.

Анонсы Nintendo на Е3 2019 - «Ведьмак 3», сиквел The Legend of Zelda: Breath of the Wild, No More Heroes III и многое другое
Google Pixel 4 (4 XL) smartfonlarının keyfiyyətli render fotoları yayılıb
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!