spot_img
23 апреля, 2024
ДомойSoftwareMail.ru elektron ünvan parollarından imtina edəcək

Mail.ru elektron ünvan parollarından imtina edəcək

Mail.ru elektron ünvan servisi xüsusi yenilik haqqında məlumat verib. Belə ki, istifadəçilər artıq parolları fikirləşmək, yadda saxlamaq məcburiyyətində qalmayacaqlar. Yeni üsul SMS və push-bildirişlərdən ibarət olacaq. Bir dəfəlik kodlar istifadəçiyə göndəriləcək və elektron ünvana giriş təmin ediləcək. Gözlənilir ki, yeni üsul həm rahat, həm də daha təhlükəsiz olacaq. İstifadəçilərdən elektron ünvanları mobil nömrələrə bağlamaq tələb ediləcək.

Mail.ru rəhbərliyi qeyd edib ki, bu addım təhlükəsizlik baxımından çox vacibdir, çünki bir çox hallarda istifadəçilərin yararlandığı servislər məhz elektron ünvana bağlı olur. Gələcəkdə SMS və push-bildirişlərdən də imtina ediləcəyi istisna edilmir. Xüsusi fiziki login cihazları və biometrik verilənlər (barmaq izi, göz bəbəyi skaneri və s.) texnologiyasından istifadə ediləcəyi gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -