spot_img
29 марта, 2024
ДомойТелекомСобытияAdobe cari rübdə rekord gəlir əldə edib

Adobe cari rübdə rekord gəlir əldə edib

Adobe şirkəti bu həftə 2019-cu maliyyə ilinin ikinci rübü haqqında hesabatı təqdim edib. Belə ki, bu müddət ərzində şirkətin gəlirləri 2,744 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq rübü ilə mqayisədə 25% daha yüksəkdir. Ümumilikdə isə şirkət tarixinin rəsmi rekordu qeydə alınıb.

Gəlirlərin böyük hissəsi — 2,456 milyard dollar — abunəçilik üzərindən təqdim edilən servislərə aiddir. 153 milyon dollar satışlardan, 135 milyon dollar isə xidmət və texniki dəstək sahəsindən qazanılıb. Əməliyyat gəlirləri 698 milyon dollardan 750 milyon dollara qədər qalxıb, lakin, təmiz gəlirlər 663 milyondan 633 milyon dollara düşüb.

Şirkət ümumilikdə rübü pul vəsaiti şəklində 2,083 milyard dollar ilə başa vurub. Hal-hazırda Adobe şirkətinin bütün aktivlərinin dəyəri 19,666 milyard dollar təşkil edir. Keçən il bu rəqəm 18,769 milyard dollara bərabər idi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -