spot_img
29 марта, 2024
ДомойТелекомСобытияABŞ vizası əldə etmək üçün sosial şəbəkə hesablarını təqdim etmək məcburi oldu

ABŞ vizası əldə etmək üçün sosial şəbəkə hesablarını təqdim etmək məcburi oldu

Associated Press qeyd edir ki, ABŞ vizasına müraciət edən şəxslər artıq bir qayda olaraq sosial şəbəkə hesablarını səfirliyə təqdim etməlidirlər. Bu yenilik Dövlət departamenti tərəfindən milli təhlükəsizlik üçün tətbiq olunub.

Online siyahıda 20-yə yaxın platform var: Instagram, Facebook, Twitter, Reddit, YouTube və Flickr, eləcə də ABŞ xaricində bəzi populyar sosial şəbəkələr (Sina Weibo, Vkontakte). Google Plus və MySpace kimi artıq fəaliyyətini dayandırmış sosial şəbəkə hesabları tələb edilir. Vizaya müraciət edən şəxs öz hesablarının son 5 ildəki məlumatlarını, eləcə də elektron ünvanlar və nömrələrini təqdim etməlidir. Yenilik həm turistik, həm digər növ vizalar üçün keçərlidir.

Əlbəttə ki, ərizəçi heç bir sosial şəbəkən istifadə etmədiyini qeyd edə bilər, lakin, Dövlət departamenti nümayəndəsinin sözlərinə görə, yalan məlumat verən ərizəçi barədə «ciddi miqrasiya tədbirləri» görüləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -