ГлавнаяТехнологииСмартфоныXiaomi Mi 9 flaqmanı üçün yeni funksiyalar əlavə ediləcək

Xiaomi Mi 9 flaqmanı üçün yeni funksiyalar əlavə ediləcək

Xiaomi

Xiaomi şirkətinin təsisçisi və hal-hazırda başçısı olan Lei Jun müsahibəsində bildirib ki, Mi 9 flaqmanı üçün növbəti yeniləmədə bir neçə funksiya əlavə ediləcək. Onlardan biri barmaq izi ilə əlaqədardır. Belə ki, bəzi istifadəçilər ekran altında yerləşən barmaq izi skanerinin ikonunu gizlətmək istəyirdi. Növbəti yeniləmə ilə ikonu həm gizlətmək, həm də ümumiyyətlə deaktiv etmək seçimi olacaq.

Digər yenilik isə kamera ilə bağlıdır. Belə ki, Xiaomi Mi 9-un üç obyektivi fərqli «zoom» imkanları təklif edir, lakin onlar arasında keçid etmək üçün həmişə müvafiq obyektivi seçmək lazım gəlir. Optik stabilizasiyanın olmaması da işi qəlizləşdirir. Yeni funksiya ilə «smooth zoom» hamarca yaxınlaşdırma mümkün olacaq. Belə ki, avtomatik olaraq obyektiv seçiləcək və yaxınlaşdırılacaq. Obyektivlər arasında dəyişiklik zamanı keyfiyyət və detalizasiya maksimum dərəcədə qorunacaq.

В приложении «Яндекс.Метро» появилась схема Бакинского метрополитена
Евгений Касперский: «У интеллекта должна быть мотивация. У компьютерного алгоритма ее нет»
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!