ГлавнаяТехнологииHardwareFinala 50 gün qalmış Bakıda futbol üzrə kiber çempionata start verilir

Finala 50 gün qalmış Bakıda futbol üzrə kiber çempionata start verilir

kiber

Düz 50 gün sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək.
Final oyununa hazırlıq kampaniyası çərçivəsində 25 və 26 apreldə futbol üzrə kiber çempionat start götürəcək. Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq.

Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün  https://finalbaku2019.az/cybercup/  səhifəsində qaydalar düyməsinə klikləməklə, məlumat əldə edə bilərsiniz.
Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

Öz qaydalarınızla oynayıb, öz oyununuzu göstərmək və kiber oyunçular arasında çempionluğunuzu elan etmək istəyirsinizsə, https://forms.gle/6t4p9rLhFzUo8dUu6  linkinə daxil olun və qeydiyyatdan keçin.
Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/cybercup/  saytından əldə edə bilərsiniz. Qeyd edək ki, çempionat Azərbaycan Kiber İdman Federasiyası dəstəyi ilə keçirilir.

Подробности потоковой службы Disney+
Azercell на международной выставке-форуме “ТИБО-2019”
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!